"Qəbələ" rəhbərliyi əzmkar heç-heçəni mükafatsız qoymadı

15 Dekabr 2019 14:50 Qəbələ 891
"Qəbələ" rəhbərliyi əzmkar heç-heçəni mükafatsız qoymadı

"Qəbələ" rəhbərliyi Premyer Liqanın sonuncu - XIV turunda "Sumqayıt"la səfər oyunundakı əzmkar heç-heçəni qarşılıqsız qoymayıb.

Sportinfo.az-ın məlumatına görə, qazanılan 1 xala görə futbolçulara mükafat verilib. Bu dəfəki "premya"nın məbləği isə 500 manat olub.

"Qəbələ" sözügedən qarşılaşmanı 9 nəfərlə başa vurmuşdu. 65-ci dəqiqədə Anar Nəzirov, 86-cı dəqiqədə isə Qismət Alıyev qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. Buna baxmayaraq, komanda əzmkarlıq göstərərək, 1:1 hesabını sonadək qorumuş və çətin səfərdən 1 xalla qayıtmışdı.

"Qəbələ" bundan əvvəl "Zirə" üzərində 3:0 hesablı qələbəyə görə də futbolçuları sevindirmişdi. Həmin vaxt əsas meydana çıxan hər oyunçuya 1300 manat mükafat paylanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti