"Qəbələ"dən 13 qollu zəfər

15 Dekabr 2019 09:56 Qəbələ 641
"Qəbələ"dən 13 qollu zəfər

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-17 Sumqayıt səfərində İOEUGİM-in qapısından 10 cavabsız top keçirib.

13 oyunda 24 xal toplayan komanda 5-ci pillədə yer alıb. U-16 rəqib meydanında “Sumqayıt”a uduzub – 0:1. 13 qarşılaşmada 33 xal yığan “qırmızı-qaralar” yarışın lideridi. “Zirə”ni qəbul edən U-15 4:0 hesablı qələbə qazanıb.

11 oyunda 31 xal toplayan komanda liderliyini davam etdirir. Paytaxt zonasında çıxış edən U-14 ROFM-a qalib gəlib – 4:1. 12 qarşılaşmadan sonra 25 xala malik “Qəbələ” 3-cü pillədə yer alıb.

Digər komandalar Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında növbəti matçlarına çıxıblar. İsmayıllı UGİM-i ilə qarşılaşan U-13 rəqibin qapısından 13 cavabsız top keçirib. Oynadığı 11 matçın hamısında qalib gələn “qırmızı-qaralar” zonanın lideridi.

U-12 də ardıcıl 11-ci qələbəsini qazanıb. Komanda İsmayıllı UGİM-ini 14:0 hesabı ilə yenib. Qəbələnin digər təmsilçisi UGİM-lə görüşən U-11 13:0 hesablı qələbə qazanıb. Bu, itkisiz irəliləyən komandanın 12-ci qalibiyyəti olub.

U-10 UGİM-ə (Ağdaş) qalib gəlib – 3:0. 11 matçda xal itirməyən “Qəbələ” 1-ci pillədə qərarlaşıb. Qızların Yüksək Liqasında mübarizə aparan komanda isə “Uğur”a uduzub – 0:5. 10 qarşılaşmada 10 xal yığan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidi.

Digər Xəbərlər
Xəbər Lenti