Volkov və Alıyev

14 Dekabr 2019 12:18 Qəbələ 705
Volkov və Alıyev

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilk iki dövrədə keçirdiyi 14 oyunda 13 xal toplayıb. Komandanı ilk üç turda meydana çıxaran Sənan Qurbanov və sonradan onu əvəzləyən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb.

İki oyunçu – Qismət Alıyevlə Davit Volkov “qırmızı-qaralar”ın çempionatakı bütün görüşlərində iştirak edib. Klubumuzun yetirməsi olan Qismət meydanda daha çox dəqiqə keçirməklə komandanın bu göstəricidəki lideri olub – 1211 dəqiqə. Amin Seydiyev, Ülvi İsgəndərov, Merab Qiqauri və Fernan Lopez hərəyə 13 matçda forma geyinib. 13 futbolçu oyunların yarıdan çoxunda - ən azı 8 dəfə meydanda olub.

“Qəbələ”nin mövsümün ilk yarısında vurduğu 14 qola 6 futbolçu imza atıb. 5 dəfə fərqlənən Davit Volkov komandanın ən yaxşı bombardiridir. Ülvi İsgəndərov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib. Qismət Alıyevlə Roman Hüseynovun hərəyə bir topu var. Komandanın bir qolu isə avtoqola imza atan Donald Geryenin (“Neftçi”) hesabına yazılıb.

futbolçu oyun dəqiqə qol sarı qırmızı

Qismət Alıyev 14 1211 1 3 1
Davit Volkov 14 1182 5 1 0
Amin Seydiyev 13 1170 0 4 0
Merab Qiqauri 13 1139 0 6 0
Fernan Lopez 13 1060 2 7 0
Ülvi İsgəndərov 13 570 2 2 0
Anar Nəzirov 12 1043 -17 3 1
Klesio Bauk 12 946 0 1 0
Roman Hüseynov 12 780 1 3 0
Rövlan Muradov 12 592 2 1 0
İvitsa Juniç 11 990 0 3 0
Yusif Nəbiyev 11 798 0 0 0
Asif Məmmədov 9 669 0 1 1
Sadiq Quliyev 6 324 0 1 0
Rasim Ramaldanov 5 400 0 1 0
Murad Musayev 5 272 0 1 0
Tərlan Əhmədli 4 215 -7 0 0
Faiq Hacıyev 4 145 0 2 0
Kristian Kouakou 4 118 0 0 0
İbrahima Niasse 3 193 0 1 0
İdris İnqilablı 1 8 0 0 0

Digər Xəbərlər
Xəbər Lenti