“Qəbələ”nin balaca futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

14 Dekabr 2019 01:24 Qəbələ 690
“Qəbələ”nin balaca futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

“Qəbələ” futbol akademiyasının U-15 və U-12 komandaları ötən gün Gürcüstanın paytaxtı Tbilisidən geri qayıdıblar.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" və "Dinamo" arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində azərbaycanlı futbolçular 4 gün ərzində qərb qonşularımızın qonağı olublar.

Səfər çərçivəsində keçirilmiş oyunlarda “Qəbələ”nin 12 yaşadək futbolçuları 0:2, 2:3, 15 yaşadək futbolçuları 0:1 və 0:2 hesablı məğlubiyyətlərlə üzləşiblər.

Mövsümün sonunadək Gürcüstan klubu da eyni şərtlərlə “Qəbələ” akademiyasıbın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu