Tale Heydərov "Qəbələ"ni AFFA-ya birdəfəlik verəcək?

13 Dekabr 2019 20:15 Qəbələ 1 172
Tale Heydərov "Qəbələ"ni AFFA-ya birdəfəlik verəcək?

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında "Qəbələ"nin durumu müzakirə olunub və aşağıdakı açıqlama verilib:

"Qəbələ”nin sponsorları onu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın”.

Sportinfo.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov ”Qəbələ”nin fəxri prezidenti Tale Heydərovdan görüş istəyib.

O, buna qədər bir neçə dəfə öəhd göstərsə də, Londonda yaşayan tanınmış iş adamıyla birbaşa təmas qura bilməyib.

Məmmədov stadion, baza və otellə bağlı bəzi məsələləri dəqiqləşdirmək fikrindədir. AFFA-nın məqsədi odur ki, Heydərov klubun infrastrukturunu SOCAR-ın balansına keçirsin.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı