"Qəbələ"nin yeni himayədarı, yeni büdcəsi və…

12 Dekabr 2019 19:51 Qəbələ 3 139
"Qəbələ"nin yeni himayədarı, yeni büdcəsi və…

Sabah AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. İlin son toplantısının gündəliyinə 13 məsələ daxll edilib, onlardan biri də «Qəbələ»yə aiddir.

Vəziyyət budur ki, əyalət klubu mövsümün gedişində Premyer Liqanı tərk edə bilər. Bu, «Gilan Holdinq»in «qırmızı-qaralar»a əlavə büdcə ayırmaqdan imtina eləəsindən qaynaqlanır.

Tale Heydərov fəxri prezidenti olduğu «Qəbələ»yə ayırdığı vəsait artıq xərclənib qurtarıb. Rəqəmlərə varsaq, o, büdcəni mövsümün əvvəlində 1,2 milyon dollar müəyyənləşdirib, göstərilən məbləğin yarıdan çoxu isə akademiyanın və bazanın saxlanılmasına sərf olunub. Belədə əsas komandanın maliyyələşməsində çatışmazlıq əmələ gəlib və qışdan sonra nələrin olacağı böyük sual altındadır.

Klubun prezidenti Fariz Nəcəfov bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb yaranmış durumu ona detallı şəkildə izah edib. Qarşı tərəf isə öz növbəsində SOCAR-ı

«Qəbələ»nin halı haqda məlumatlandırıb və razılaşdırılıb ki, məsələ İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılsın. Çünki bölgə klubunun federasiya vasitəsilə neft şirkəti tərəfindən qəyyumluğa götürülməsi yalnız bu orqanın qərarıyla rəsmiləşə bilər.

Sportinfo.az-da olan məlumata görə, «Qəbələ» yanvarın 1-dən AFFA-nın nəzarətinə keçəcək. SOCAR-la yanaşı, başqa bir şirkət də kluba maliyyə ayıracaq. Vaxtilə federasiyada çalışmış Elxan Səmədovun «qırmızı-qaralar»ın rəhbərliyində yer alacağı dəqiqdir.

O. maddi məsələrə cavabdehlik daşıyacaq, idarəetmədə əsas iki söz sahibindən biri olacaq. İlkin mərhələdə «Qəbələ»yə 500 min manat ayrılması nəzərdə tutulub. Bu, sezonu başa vurmaq üçün ayrılan paydır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!