AFFA-dan "Qəbələ"nin kapitanına 4 oyunluq cəza

11 Dekabr 2019 14:28 Qəbələ 1 193
AFFA-dan "Qəbələ"nin kapitanına 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin bugünkü iclasında Premyer Liqanın XIV turunun "Sumqayıt" - "Qəbələ" oyununda qeydə alınan qayda pozuntuları da müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində qonaq komandanın qapıçısı Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!