"Qəbələ"yə hansı məşqçilər təklif olunub?

6 Dekabr 2019 16:14 Qəbələ 1 265
"Qəbələ"yə hansı məşqçilər təklif olunub?

"Baş məşqçi istefasından dərhal sonra kluba bir çox namizədlər gəlir. Biz də axtarışa çıxmışdıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. İdman Tv və Azərbaycan Radiosu 105 FM-də yayımlanan "Extra Time" verilişində qonaq olan klub rəsmisi Sənan Qurbanovun istefasından sonra baş məşqçi vəzifəsinin Elmar Baxşıyevə həvalə olunmasının səbəbini açıqlayıb:

"Araşdırmalarımız oldu ki, kimi baş məqşçi təyin edə bilərik. Sonda Elmar Baxşıyevlə davam etməyin ən düzgün addım olduğuna qərar verdik. Düşünürük ki, doğru addım atdıq. Ümid edirəm ki, belə də davam edəcək".

Əzizov həmin ərəfədə "Qəbələ"yə təklif olunan bəzi məşqçilərin adlarını da açıqlayıb. O bildirib ki, həmin mütəxəssislər arasında "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov və hazırda "Atırau"nu çalışdıran Oleq Dulub da olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”