"Qəbələ" rəhbərliyi baş katiblə görüşüb - Zaur Əzizov təsdiqlədi

6 Dekabr 2019 15:50 Qəbələ 945
"Qəbələ" rəhbərliyi baş katiblə görüşüb - Zaur Əzizov təsdiqlədi

"Klubda işgüzar mühit hökm sürür. Komandalarımız çıxışını davam etdirir. Hər bir departament əvvəlki kimi işləyir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin meneceri Zaur Əzizov İdman Tv və Azərbaycan Radiosu 105 FM-də yayımlanan "Extra Time" verilişində deyib. Komandanın gələcəyi haqda danışan klub rəsmisi "Qəbələ"nin yaşayacağına inandığını bildirib:

"Qəbələ" müstəqil klubdur. Rəhbərlik hər zaman doğru bildiyi addımı atır. Əvəzedici komandamızın divizionda iştirakdan imtina qərarını AFFA-ya qarşı hər hansı addım kimi dəyərləndirmək düzgün olmaz.

Sponsorun imtinasına gəlincə, rəsmi olaraq bu barədə kluba hər hansı məlumat daxil olmayıb. Hamı yüksək səviyyədə işini davam etdirir. Biz "Gilan Holdinq"in adından danışa bilmərik. Mövsümün əvvəlində bəlli bir büdcəmiz vardı. Hətta maliyyə vəziyyətimiz Avroliqada oynadığımız vaxtdan da yaxşıdır. O vaxt 15-20 günlük gecikmələr olurdu. Hazırda isə bu problem yoxdur.

Son illərdə büdcə azaldıldığı və klubun iddiası əvvəlki kimi olmadığı üçün insanların belə düşünməsi normaldır. Ancaq mən kifayət qədər ümidliyəm ki, "Qəbələ" yaşayacaq".

Əzizov klubun gələcəyi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüş olduğunu da təsdiqləyib: "Klub prezidenri Fariz Nəcəfov Elxan müəllimlə görüşüb. Klubun gələcək fəaliyyətli müzakirə olunub. Yaxın günlərdə bu barədə açıqlama veriləcək. Bunun üçün daha bir neçə gün gözləməli olacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"