"QƏBƏLƏ"NİN ŞƏRTİ: "Bizi seçin ki, seçiləsiniz!"

4 Dekabr 2019 18:38 Qəbələ 1 108
"QƏBƏLƏ"NİN ŞƏRTİ: "Bizi seçin ki, seçiləsiniz!"

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir. Sportinfo.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 14 və 15-də 2002 - 2012-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65

Email: recruitment@gabalafc.az

Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

14 dekabr- 2002-2003-2004-2005-2006

15 dekabr -2007-2008-2009-2010-2011-2012-ci il təvəllüdlü futbolçular

Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı