"Qəbələ" 2 legionerə yeni müqavilə təklif etdi

4 Dekabr 2019 22:05 Qəbələ 1 265
"Qəbələ" 2 legionerə yeni müqavilə təklif etdi

Premyer Liqanın son turunda "Zirə"yə 3:0 hesabıyla qalib gələn "Qəbələ" 2 legionerinə yeni müqavilə təklif edib.

Sportinfo.az-ın məlumatına görə, Davit Volkov və Merab Qiqauridən əyalət təmsilçisində qalması istənilib. Hər iki gürcüstanlı futbolçunun müqaviləsi bu ay başa çatır və istər Merab, istərsə də Davitə müxtəlif dəvətlər var.

"Qırmızı-qaralar" maaşlarının bir qədər artırılması şərtiylə kontraktın müddətini daha 1,5 il uzatmağa hazıridır və artıq onlardan ilkin razılıq da alıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!