"Qəbələ"nin müdafiəçisi nə vaxt qayıdacaq?

3 Dekabr 2019 15:37 Qəbələ 687
"Qəbələ"nin müdafiəçisi nə vaxt qayıdacaq?

Premyer Liqanın 6-cı turunun “Neftçi” ilə görüşündə zədələnən “Qəbələ”nin futbolçusu Rasim Ramaldanovun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli olub. Dizindən zədə alan və Kiyevdə əməliyyat olunan müdafiəçi artıq məşqlərə başlayıb.

Sportinfo.az-a açıqlama verən Ramaldanov yanvarda qaçışlara başlayacağını bildirib:

"Ayın 8-də iki ay olacaq ki, oynaya bilmirəm. Qışda keçiriləcək təlim-məşq toplanışında qaçışlara başlayacam. Yəni ən yaxşı halda yanvarda qaça biləcəm. Hər gün trenajorda məşq edirəm. Ayağımı bərkitmək üçün bu vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti