"Vurduğum qolu ailəmə həsr edirəm" - RÖVLAN MURADOV

1 Dekabr 2019 16:40 Qəbələ 756
"Vurduğum qolu ailəmə həsr edirəm" - RÖVLAN MURADOV

Premyer Liqanın 13-cü turu çərçivəsində "Zirə"yə qalib gələn (3:0) "Qəbələ"nin ilk qolunun müəllifi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ" "Zirə"yə böyük hesabla qalib gəldi. Oyun barədə fikirlərini bilmək istərdik.
- Bizim üçün gözəl oyun alındı. Baxımlı futbol göstərdik. Əsas odur ki, qələbə qazanıb bizə dəstək olan insnaları sevindirdik. Davamını gətirməyi çox istəyirik.

- "Zirə" oyunun favoriti hesab edilirdi. Ötən tur da "Keşlə"yə qalib gəlmişdilər...
- Qətiyyən "Zirə"dən ehtiyat etmirdik. Qələbə qazanacağımıza inanırdıq. Hər oyuna 3 xal üçün çıxırıq. "Zirə" də yaxşı komandadır, səviyyəli oyunçuları var. Onlara uğurlar arzu edirəm.

- Bu oyunda mövsümdə ikinci qolunu vurdun. Davamını gətirə biləcəksən?
- Şükür Allaha, bu matçda qol vurdum və komandanın qələbəsində pay sahibi oldum. İnşallah, davamı gələr. Vurduğum qolu ailəmə həsr edirəm.

- "Qəbələ" qələbə ilə bir neçə saatlıq da olsa, turnir cədvəlində son sıradan çıxdı. Necə düşünürsən, "Səbail" "Neftçi"dən xal ala bilər?
- Hər iki komandaya hörmətim var. İkisi də iddialı klublardır. Biz də sonuncu pillədə olmaq istəmirik. Yuxarı pillələrə qalxmağa çalışırıq. "Səbail" - "Neftçi" oyununda da ədalətli nəticə nədirsə, o da olsun. Kim güclüdür, qalib gəlsin.

- Qışa qədər çempionatda son oyununuzu "Sumqayıt"a qarşı keçirəcəksiz. Fasiləyə qələbə ilə yollana biləcəksiz?
- Təbii ki, azarkeşlərimizi son çempionat oyununda sevindirmək istəyirik. "Zirə" ilə oyunun davamını gətirməyə çalışacağıq. Amma necə olacağını indidən demək çətindir.

- "Qəbələ"nin qeyri-stabilliyinin səbəbini nədə görürsən?
- Bu suala baş məşqçimiz cavab verə bilər. Mən heç nə deyə bilmərəm. Bizim işimiz tapşırıqları yerinə yetirməkdir.

- "Slaviya"da oynamısan. Yenidən Çexiyaya qayıtmaq ehtimalın var?
- Hədəfim yenidən Avropaya yollanmaqdır. Bunu çox istəyirəm, amma yerimi möhkəmlətməklə. Yaxşı təklif olarsa, menecerimlə məsləhətləşib qərar verəcəm.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti