"Qəbələ"dən ardıcıl ikinci ev oyununda darmadağın - FOTOLAR

1 Dekabr 2019 09:14 Qəbələ 665
"Qəbələ"dən ardıcıl ikinci ev oyununda darmadağın - FOTOLAR

Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Sportinfo.az xəbər verir ki, açılış oyununda "Qəbələ" və "Zirə" qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 13-cü dəqiqədə Rövlan Muradov açıb. 41-ci dəqiqədə Fernan Lopes fərqi artırıb. Son nöqtəni isə 70-ci dəqiqədə Davit Volkov qoyub. Bununla da "Qəbələ"nin ardıcıl üçüncü matçında darmadağın qeydə alınıb. "Qırmızı-qaralar" iki tur öncə "Səbail"i də evdə eyni hesabla yenmiş, ötən tur isə "Neftçi"yə 1:4 hesabı ilə uduzmuşdu.

"Zirə" üzərində qələbə sayəsində "Qəbələ" xallarını 12-yə çatdıraraq, ən azı bir gün müddətinə sonuncu pillədən qurtulub. Hazırda 12 xala malik əyalət komandası 7-ci pillədə yer alıb. Son pilləyə enən "Səbail" mövqeyini qaytarmaq üçün dekabrın 1-də evdə "Neftçi"yə qalib gəlməlidir. "Zirə" isə 14 xalla 5-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti