"Qəbələ”dən sonuncu dəfə...

30 Noyabr 2019 09:00 Qəbələ 472
"Qəbələ”dən sonuncu dəfə...

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək. Sportinfo.az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. “Zirə”ni qəbul edəcək “Qəbələ” mövsümün ilk yarısında çempionatdakı son ev oyununa çıxacaq.

“Qırmızı-qaralar” tarixində 20-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 19 görüşdə 7 qələbə qazanan “Qəbələ” 8 dəfə heç-heçə edib. Yalnız 4 matçda məğlub olan komanda 26 qol vurub, 17-ni buraxıb. Aleksey Qay “Zirə”nin qapısından hamıdan çox – 4 qol vurub.

19 görüşdən 2-si kubok, 17-si Premyer Liqa çərçivəsində keçirilib. Çempionatda 5 qələbə əldə edən “qırmızı-qaralar” 8 dəfə bir xalla kifayətlənibsə, 4 matçdan məğlub ayrılıb. “Qəbələ” top fərqində də üstünlüyə malikdir – 19-15.

Qəsəbə klubunu 10-cu dəfə qonaq edəcək komanda öz meydanında 4 qələbə qazanıbsa, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu matçlarda 13 qol vuran “qırmızı-qaralar” 7 top buraxıblar.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2

Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1

Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2

Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3

Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2

Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0

Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2

Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1

Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1

Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1

Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Milan Duriç, 53-p. - Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0

Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 3:1

Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1

İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!