Elxan Məmmədov: "Qəbələ"dəki infrastrukturu itirmək olmaz"

22 Noyabr 2019 18:36 Qəbələ 997
Elxan Məmmədov: "Qəbələ"dəki infrastrukturu itirmək olmaz"

AFFA-nın baş katibi Elxan Məmmədov “Qəbələ” klubunun hazırkı vəziyyətindən danışıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan radiosunun qonağı olan federasiya rəsmisi bu cür klubun dağılmasına imkan vermək vermək olmaz deyib:

“Qəbələ”nin durumu AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Biz istərdik ki, qəbələli iş adamları, yerli İcra Hakimiyyəti kluba dayaq olsunlar. “Qəbələ”nin futbol akademiyası, əla infrastrukturu var. Oradan üzə çıxanlardan biri elə millinin son oyunlarında əsas heyət üzvünə çevrilən Bəhlul Mustafazadədir. Eləcə də digər klublarda çıxış edən “Qəbələ”nin yetirmələrinin adlarını çəkmək olar. İstəməzdik ki, “Qəbələ” klubu fəaliyyətini dayandırsın. Ümid edirəm ki, belə problem olmayacaq. Ordakı infrastrukturu itirmək olmaz. “Qəbələ”nin 6 təbii, 2 süni meydançası var. Klub strukturu peşəkar səviyyədə fəaliyyət göstərir”

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!