"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? - FOTOLAR

22 Noyabr 2019 14:13 Qəbələ 1 321
"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? - FOTOLAR

Bu günlərdə iranlı futbolçular Qəbələdə qonaq olublar.

Sportinfo.az xəbər verir ki, Ərdəbil şəhərini təmsil edən "İranian" Futbol Klubunun aşağı yaş qrupları üzrə komandalarının əyalətə səfəri bu gün başa çatıb.

Səfər çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirilib. "Qəbələ"nin U-10 komandası 4 dəfə (3:4, 4:1, 3:6, 4:7), U-11 komandası 2 dəfə (7:0, 1:0), U-11-2 komandası 1 dəfə (0:4), U-12 komandası 1 dəfə (3:0), U-14 komandası 2 dəfə (6:3, 2:0), U-15 komandası isə 2 dəfə (1:0, 1:0) rəqibi sınağa çəkib.

İki akademiyanın rəhbərliyi arasında görüş keçirilib, qonaqlara akademiyanın iş prinsipi haqqında məlumat verilib. Qarşılıqlı əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu