"Qəbələ" fəaliyyətini dayandıracaq? - Klubdan açıqlama

18 Noyabr 2019 14:09 Qəbələ 1 823
"Qəbələ" fəaliyyətini dayandıracaq? - Klubdan açıqlama

"Qəbələ" son günlər "Gilan Holdinq"in kluba sponsorluğu dayandıracağı, komandanın qış fasiləsindən sonra iddiasını tamam itirəcəyi, hətta fəaliyyətini dayandıra biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Klubun baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasında hazırda onlarda belə bir məlumat olmadığını söyləyib:

"Açığı, hazırda belə bir fikir yoxdur. Oturub işimizi görürük. Hər hansı narahatlıq, əlavə bir şey yoxdur. Komanda məşqini edir. Bütün bölmələr eyni qaydada fəaliyyət göstərir. Hətta yanvar toplanışı ilə bağlı planları hazırlayırıq. Bu cür xəbərlər bizə də maraqlıdır. Yenə deyirəm, kluba hər hansı məlumat gəlməyib. "Qəbələ" öz işini davam etdirir. Ümumiyyətlə, söz-söhbətlər yay aylarından başlayıb. Bəlkə kimsə bunu çətinliklə əlaqələndirir. Nəsə bilsək, fikir bildirərdik".

Əzizov SOCAR-ın "Qəbələ"yə sponsorluq edə biləcəyi haqda çıxan xəbərlərə də toxunub: "Bu dəqiqə bizdə dediyiniz məsələ haqda məlumat yoxdur. Biz klubun işləri ilə məşğul oluruq. Sponsor axtarmaq bizə aid olan məsələ deyil".

Digər Xəbərlər
Xəbər Lenti