Dağılacağı deyilən "Qəbələ" Türkiyəyə gedir

18 Noyabr 2019 13:42 Qəbələ 1 381
Dağılacağı deyilən "Qəbələ" Türkiyəyə gedir

Premyer Liqanın qış fasiləsi üçün "Qəbələ"nin hazırlıq planı bəlli olub.

Sportinfo.az-a klubdan verilən məlumata görə, bölgə təmsilçisi yanvarda 2 həftəlik təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Əsas sponsoru "Gilan Holdinq"in yanvardan maliyyəni dayandıracağı iddia edilsə də, Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın qış planı əvvəldən müəyyənləşdirilib. Klub hər hansı maddi çətinliklə üzləşsə belə, bu, qışda Antalyada toplanış keçməyə təsir göstərməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti