"Qəbələ"dən 13 cavabsız qol - Akademiya həftəsi

18 Noyabr 2019 09:56 Qəbələ 593
"Qəbələ"dən 13 cavabsız qol - Akademiya həftəsi

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Sportinfo.az xəbər verir ki, U-19 səfərdə “Qarabağ”a uduzub – 1:3. “Neftçi” İK İB-in qonağı olan U-17 2:1 hesablı qələbə qazanıb. U-15 isə “Keşlə”nin qapısından 6 cavabsız top keçirib.

Paytaxt zonasında mübarizə aparan U-14 eyni hesabla “Xətai”ni məğlubiyyətə uğradıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvəsini sınayan U-13 Ağdaşın UGİM-inə 13:0 hesabı ilə qalib gəlib.

UGİM “Rabitəçi” ilə üz-üzə gələn U-12 üç cavabsız qola imza atıb. U-11 Ağdaş “Şirvan”ı üzərində 5:0 hesablı qələbə qazanıb. İsmayıllı UGİM-i ilə görüşən U-10 daha çox qol vurub – 6:0.

Digər Xəbərlər
Xəbər Lenti