“Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə gələcək

16 Noyabr 2019 01:38 Qəbələ 468
“Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə gələcək

Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etmək istəyən “Qəbələ” və “Səbail” klubları yoxlama oyunu keçirməyə qərar veriblər. Sportinfo.az xəbər verir ki, elita təmsilçiləri sabah bir-biri ilə üz-üzə gələcək.

Qarşılaşma “Asco Arena”da baş tutacaq. Matça saat 16:00-da start veriləcək.

“Qəbələ” ilə “Səbail” Premyer Liqadakı fasilə ərəfəsində məhz bir-biri ilə qarşılaşıb. 11-ci tur çərçivəsində Qəbələdə baş tutan oyunda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti