"Qəbələ"nin futbolçusu Ukraynaya yollandı

13 Noyabr 2019 23:15 Qəbələ 1 045
"Qəbələ"nin futbolçusu Ukraynaya yollandı

Premyer Liqanın 6-cı turunun "Neftçi" ilə görüşündə zədələnən "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Ukraynanın paytaxtı Kiyevdə əməliyyat edilmişdi.

Sportinfo.az xəbər verir ki, dizindən əməliyyat edilmiş müdafiəçi daha sonra Bakıya dönmüşdü.

Amma o, yenidən Kiyevə yollanıb. Rasimin bu dəfə Ukrayna paytaxtına yollanması reabilitasiya ilə əlaqədardır. Ramaldanov bərpa prosesini keçdikdən sonra vətənə qayıdacaq. Onun nə zaman məşqlərə başlayacağı isə məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!