"Qəbələ"də 4 günlük istirahət, 3 futbolçu yığmaya gedəcək

10 Noyabr 2019 14:57 Qəbələ 556
"Qəbələ"də 4 günlük istirahət, 3 futbolçu yığmaya gedəcək

"Qəbələ" Premyer Liqanın XI turunun "Səbail"lə oyunundan (3:0) sonra istirahətə buraxılıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, əyalət təmsilçisi bir də noyabrın 14-də Bakıda bir araya gələcək. "Qırmızı-qaralar" millinin oyunları ilə bağlı yaranmış fasilədə yoxlama oyunu keçirəcəklər. Elmar Baxşıyev komandasını dünən məğlub etdiyi "Səbail"lə matçda sınayacaq. Görüş noyabrın 16-da olacaq.

Bu arada, "Qəbələ"nin 3 futbolçusu milli komandaya dəvət alıb. Amin Seydiyev və Rövlan Muradov ölkəmizin U-21, Klesio Bauk isə Mozambik yığmasına çağırılıb.

Qeyd edək ki, "Qəbələ" Premyer Liqada növbəti oyununu noyabrın 24-də paytaxtda "Neftçi"yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu