"Qəbələ"də bayram - FOTOLAR

10 Noyabr 2019 09:00 Qəbələ 500
"Qəbələ"də bayram - FOTOLAR

Azərbaycan Premyer Liqasında XI tura start verilib. açılış matçında "Qəbələ" və "Səbail" üz-üzə gəlib. Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekulaşıb - 3:0.

Hər iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.

80-ci dəqiqədə isə "Səbail"in futbolçusu Əli Sadıxov qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. İlk ev qələbəsinə rəğmən, "Qəbələ" 9 xalla sonuncu pillədə qalıb. "Səbail" isə 11 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”