"Getdikcə daha fərqli "Qəbələ" görəcəksiz - BAXŞIYEV

9 Noyabr 2019 17:41 Qəbələ 748
"Getdikcə daha fərqli "Qəbələ" görəcəksiz - BAXŞIYEV

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turunun "Səbail"lə görüşündən sonra mətbuat konfransı keçirib.

Sportinfo.az-ın Qəbələdə olan əməkdaşı xəbər verir ki, gənc məşqçi əvvəlcə 3:0 hesablı qələbəni şərh edib.

- Hamını salamlayıram. İlk öncə Dövlət Bayraq günü münasibətilə xalqımızı təbrik edirəm. Bu bayram günündə azarkeşlərimizi sevindirmək istəyirdik. Məncə, komanda qələbə qazanmaq üçün əlindən gələni etdik və bunu bacardıq.

- İbrahima Niassenin debütü barədə nə deyə bilərsiz və əvvəlkilərdən fərqli olaraq, bu gün mətbuat konfransına gec gəldiz. Deyəsən, paltardəyişmə otağında şənlik var idi.

- Onun komandaya gətirilməsini rəhbərlikdən özüm xahiş etmişdim. Niasse daha artığına qadirdir, təcrübəsilə bizə daha çox fayda verəcəyinə inanıram. O ki qaldı gec gəlməyimə, bilirsiz, bizdə futbolçuların əksəriyyəti gənclərdir. Onların qalib gəlməsi çox sevindiricidir. Komandamızda yetərincə gənc futbolçu var ki, bu qələbə onlara əlavə motivasiya olacaq.

- Bugünkü qələbə yaxın gələcək üçün hansı perpsektiv vəd edir, ümumiyyətlə, "Qəbələ" avrokuboklar üçün mübarizə apara biləcək?

- Məğlub olduğumuz oyunlarda da bu komandaya inamımız böyükdür. Məşqlərdə potensialı görürük və "Qəbələ" daha artığına layiqdir. Sona qədər mübarizədən çəkilməyəcik. Çalışacağıq ki, avrokuboklar uğrunda yarışda biz də olaq. Amma əsas məqsəd oyun keyfiyyətini artırmaq və gənclərə daha çox təcrübə qazanmaları üçün imkan yaratmaqdır.

- Volkovun əvəzlənməsini necə izah edrədiz - zədəsi var idi, yoxsa hesab qane edirdi?

- O, görüşdən qabaq zədəli deyildi. Sadəcə, oyunun gedişində yüngül zədə aldı.

- Gah qələbə qazanır, gah heç-heçə edir, gah da uduzursuz. Komandada olan qeyri-sabitliyin səbəbi nədir?

- Ötən tur "Sabah"la görüşü götürsək, bugünkü matçan daha yaxşı oyun göstərmişdik. Sadəcə, epzodları qaçırmağımız məğlubiyyətə səbəb oldu. Yenə deyirəm, futbolçularımızın çoxu gəncdir və təcrübə baxımından geri qalırıq. Təcrübəsizliyi istək və əzmkarlıqla kompensasiya etməyə çalışırıq. Getdikcə daha fərqli komanda görəcəksiz. Baxımlı və məzmunlu futbol oynayacağıq.

- Nəzərə alsaq ki, komandanız yaxşı əkc-hücumlar qura bilir, 2:0-dan sonra yaratdığınız qol imkanlarına futbolçularınız sanki dırnaqarası yanaşırdılar...

- Bu qədər qol epizodu yaratmağın özü müsbət cəhətdir. Bizi sevindirən məqam odur ki, çoxlu qol epizodları yaradırıq. Zamanla o vəziyyətlərin üzərində işləyib yararlanmağa çalışacağıq.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti