"Qəbələ" “Neftçi”dən güclü oldu - HƏFTƏNİN HESABATI

9 Noyabr 2019 09:56 Qəbələ 578
"Qəbələ" “Neftçi”dən güclü oldu - HƏFTƏNİN HESABATI

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Sportinfo.az xəbər verir ki, U-19 evdə “Neftçi”ni 2:1, səfərdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Kəpəz”i qəbul edən U-17 böyükhesablı qələbə qazanıb - 7:1.

U-16 da ardıcıl iki matçda qalib gəlib. Komanda “İsgəndər Cavadov BFA”nı 8:1, “Mil-Muğan”ı 9:0 hesabı ilə yenib. U-15 rəqib meydanında “Neftçi”dən güclü olub – 4:0.

Paytaxt zonasında mübarizə aparan U-14 “Sabah”a uduzub – 0:3. Digər komandalar isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvələrini sınayırlar.

U-13 UGİM-i (İsmayıllı) 9:0, U-12 UGİM-i (Oğuz) 4:1 hesabı ilə məğlub edib. UGİM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan U-11 səkkiz cavabsız qol vurub. U-10 isə UGİM-in (Oğuz) qapısından yeddi cavabsız top keçirib.

Digər Xəbərlər
Xəbər Lenti