“Qəbələ” yalnız iki dəfə ...

9 Noyabr 2019 09:14 Qəbələ 519
“Qəbələ” yalnız iki dəfə ...

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək. Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Ardıcıl ikinci ev oyununa çıxacaq “qırmızı-qaralar” tarixində 12-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 11 görüşdə üstünlük əyalət təmsilçisinin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan “Qəbələ” yalnız iki dəfə uduzub.

Rəqib qapısından 20 top keçirən qəbələli futbolçular 11 qol buraxıblar. Bu komandanın qollarından 6-na Baqali Dabo imza atıbsa, Famussa Kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Bu matçlardan ikisi Azərbaycan kuboku, doqquzu Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı oyunlardan dördündə qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə xalsız qalıb. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədi – 15:9.

Ev oyunlarında “Səbail”ə uduzmayan “qırmızı-qaralar” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. 10 qola imza atan “Qəbələ” futbolçuları üç top buraxıblar. Komanda ev matçlarından qolsuz ayrılmayıb.

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

2018/19 mövsümü

12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"