"Qəbələdə özümü türmədəki kimi hiss edirdim" - Daniel Subotiç

7 Noyabr 2019 14:52 Qəbələ 690
"Qəbələdə özümü türmədəki kimi hiss edirdim" - Daniel Subotiç

"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç əyalət klubunda keçirdiyi ilk mövsümünü xatırlayıb.

Sportinfo.az xəbər verir ki, xorvat əsilli forvard İsveçrə mətbuatına müsahibəsində Azərbaycan klubunu seçməsinin səbəbini açıqlayıb. 30 yaşlı futbolçu bildirib ki, 2013-cü ildə Ukrayna "Volın"ında çıxış edərkən 2 klub onunla maraqlanırdı: biri Çempionlar Liqasında mərhələ adlayan Rumıniya təmsilçisi "Styaua", digəri isə "Qəbələ. İki klub arasında götür-qoy edən Subotiç daha sərfəli təklif göndərən Azərbaycan təmsilçisini seçib:

"Gələcəyimi düşünməli idim. Ailə qurmaq, ev almaq istəyirdim. "Styaua" isə daim oynamaq və orada qalmaq baxımından elə də təhlükəsiz yer deyildi".

İddiaya görə, "Qəbələ" rəhbərliyi bir həftənin içində Subotiçin maaşını 50 min İsveçrə frankı (təqribən 85 min manat) məbləğində artırıb. Futbolçu deyir ki, bütün legionerlər klub prezidentinə məxsus oteldə qalırdılar: "Ancaq şəhər sanki ölü idi. Restoranlar, mağazalar yox idi. Özümü türmədəki kimi hiss edirdim".

Bir ildən sonra Küveytin "Əl-Qadsia" klubuna keçən hücumçunun illik maaşı 1 milyon İsveçrə frankı (təqribən 1,7 milyon manat) idi. Hərdən şeyx futbolçulara kiçik zərflərdə böyük mükafat da verirdi.

Qeyd edək ki, 2013-2014 mövsümündə, eyni zamanda, 2017-ci ilin qışından iyun ayına qədər "Qəbələ"də çıxış edən Subotiç "qırmızı-qara" forma ilə meydana çıxdığı 40 oyunda ümumilikdə 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti