"Bu oyunu uduzmamalıydıq" - "Qəbələ"nin müdafiəçisi

4 Noyabr 2019 21:45 Qəbələ 531
"Bu oyunu uduzmamalıydıq" -

“Qəbələ”nin müdafiəçisi İvitsa Zuniç Sportinfo.az-a müsahibə verib:

- “Sabah”la görüşdə meydanı məğlub tərk etdiniz. Oyunu necə dəyərləndirərdin?
- Bu oyunu uduzmamalıydıq. İlk yarını çox yaxşı keçirdik. İkinci hissədə qollar buraxdıq. Qol imkanlarımız da çox idi. Həmin epizodları dəyərləndirməliydik. Sadəcə bəxtimiz gətirmədi. Qarşıdakı oyunu düşünmək lazımdır.

- Hesab 1:2 olarkən Asif Məmmədovun ötürməsindən sonra topu boş qapıya göndərə bilmədin. Daha doğrusu top qapı tirindən qayıtdı.

- Həmin epizoddan maksimum yararlanmalıydım. Sadəcə bəxtim gətirmədi.

- Oyun ərzində bir neçə mübahisəli epizod oldu. Baş hakim həm “Qəbələ”nin, həm də “Sabah”ın qapısına penalti təyin edə bilərdi. Hakimliklə bağlı fikirin necədir?

- Məncə,normal idi. Bu barədə bir söz deyə bilmərəm.

- İlk yarıdan sonra "Qəbələ"də arxayınçılıq yaranmamışdı?
- İkinci hissəyə pis başladıq, ona görə də qol buraxdıq. Ardınca qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik.

- Hazırda “Qəbələ” turnir cədvəlinin sonuncu pilləsindədir. Komandaya gələndə yəqin ki, belə olacağını düşünmürdün?
- Hazırkı mövqeyimiz bizi məyus edir. Sonuncu pillədə olmalı deyilik. Xallar qazanaraq, turnir cədvəlində üst sıralara qalxmalıyıq. İnanıram ki, bu, bizdə alınacaq.

- Növbəti turda rəqibiniz “Səbail”dir. Bu dəfə evdə qələbə qazana biləcəksiz?
- Tez toparlanmalıyıq. “Səbail”lə görüşdə qələbə qazanmalıyıq. “Səbail” də yaxşı komandadır. Sadəcə biz qol epizodlarından yararlanmalıyıq. Belə olsa, yaxşı nəticələr əldə edəcəyik.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!