"Sabah" 3 xalı "Qəbələ"nin əlindən aldı - FOTOREPORTAJ

4 Noyabr 2019 00:42 Qəbələ 516
"Sabah" 3 xalı "Qəbələ"nin əlindən aldı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.

Bu, X turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə 6 xalla sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti