"Əgər 5 metrdən boş qapıya düşə bilmirsənsə..." - "Qəbələ"nin baş məşqçisi

3 Noyabr 2019 19:41 Qəbələ 762
"Əgər 5 metrdən boş qapıya düşə bilmirsənsə..." -

Premyer Liqanın 10-cu turunun "Qəbələ" - "Sabah" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev media mənsubları qarşısına çıxıb.

Sportinfo.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssis əvvəlcə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.

- Bilirdik ki, oyun çətin olacaq. Həftəlik proqramda da komandanı buna hazırlayırdıq. İki fərqli hissənin şahidi olduq. Hansı ki, əvvəlcə biz daha yaxşı oynadıq. Sonra müdafiədə boşluqlar verməyə başladıq. Məncə, epizodları dəyərləndirə bilsəydik, komanda məğlub olmazdı.

- Əvəzləməni çox gec - hesabda geriə düşəndən sonra etdiz. Bir qədər risk etmək olmazdı?

- Deməzdim gec etdim. Sadəcə, biz qol buraxandan sonra da ard-arda istədiyimiz epizodları yaradırdıq. Ona görə əvəzləməyə ehtiyac duymadım. Ülvi də qoşulub oyuna rəng qatdı.

- Qaçırdığınız şanslar barədə nə deyə bilərsiz?

- Bunu bəxtlə əlaqələndirərdim. Əgər 5 metrdən boş qapıya düşə bilmirsənsə, burda ustalıqdan daha çox şans amili rol oynayır.

- İkinci hissə tam fərqli "Qəbələ" gördük, rəqibə çoxlu qol imkanları verdiz.

- Bir az müdafiə və yarımmüdafiə xəttində boşluqlar verməyə başladıq. Rəqib də bundan istifadə etdi. Onlara açıq futbol oynamağa imkan yaratdıq. Ona görə müdafiədə çətinlik yaşadıq.

- Turnir cədvəlində axırıncı pillədən qurtulmaq üçün yaxşı imkan qazanmışdız, amma bacarmadız. Demək olar ki, Premyer Liqada bütün komandaların gücü-potensialı bəllidir. Necə fikirləşirsiz, bu gedişlə "Qəbələ" sonuncu yerdən yuxarı çıxa biləcək?

- Komanda olaraq sona qədər mübarizə aparacağıq. Axırıncı yerdən qurtulub-qurtulmayacağımızı zaman göstərəcək. Komandamızın hər oyunda xal qazana biləcək potensialı var. Konkret neçənci yerləri tuta bilərik, indi bunu dəqiq demək çətindir. Özünüz də görürsüz ki, hər bir rəqibə qarşı öz oyunumuzu oynamağa çalışırıq. Bir qədər zamana ehtiyacımız var, uşaqlar gəncdirlər, cavandırlar.

Digər Xəbərlər
Xəbər Lenti