“Qəbələ” Azərbaycan Premyer Liqasının ikinci dövrəsindəki ilk ev oyununu bu gün keçirəcək. Sportinfo.az xəbər verir ki, dövrəni iki səfər matçı ilə başlayan “qırmızı-qaralar” bu dəfə “Sabah”ı qəbul edəcək.
Paytaxt təmsilçisi ilə 10-cu turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. Bu, əyalət təmsilçisinin bakılılarla 8-ci qarşılaşması olacaq. Komandalar indiyədək 7 dəfə görüşüb. Oyunlardan 6-sı ötən mövsümə, 1-i cari çempionata təsadüf edib.
Əvvəlki matçlarda böyük üstünlüyə malik “Qəbələ”nin hesabında 5 qələbə, 1 heç-heçə və yalnız 1 məğlubiyyət var. İlk görüşdə uduzduqdan sonra 6 oyundu uduzmayan “qırmızı-qaralar” top fərqində də öndədi – 6:2.
Bütün qələbələri eyni – 1:0 hesabı ilə olan “Qəbələ” son beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Qəbələ”nin “Sabah”la matçlarında yalnız bir futbolçu – Ceyms Adeniyi iki top vurmağı bacarıb.
7 görüşdən 2-si kubok, 5-i Premyer Liqaya təsadüf edib. Çempionatdakı qarşılaşmalarda 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan “Qəbələ” top fərqində də öndədi – 4:2.
“Qəbələ” 4-cü dəfə “Sabah”ı öz meydanında qəbul edəcək. Əvvəlki 3 oyunda uduzmayan “qırmızı-qaralar” 2 qələbə və 1 heç-heçəyə malikdi. Vurulan 4 qoldan üçü “Qəbələ” futbolçularının, biri rəqibin aktivindədi.
2018/19 mövsümü
16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Marko Deviç, 23
04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52
16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0
Filip İvanoviç, 45 (ö.q.)
20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1
Ceyms Adeniyi, 80
09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Rauf Əliyev, 31
01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0
2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Roman Hüseynov, 47

