"Bakını Barselonaya bənzədirəm" - "Qəbələ"nin ispanı

31 Oktyabr 2019 13:28 Qəbələ 1 194
"Bakını Barselonaya bənzədirəm" -

"Qəbələ"nin ispaniyalı yarımmüdafiəçisi Fernan Ferreyra Lopes İspaniya mətbuatına danışıb. Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi öncə Azərbaycana gəlişindən söhbət açıb:

"Qalisiyadan ayrıldıqdan sonra, burada mənə daha çox dəyər verildiyini hiss etdim. "Seqoviana"da özümü önəmli oyunçu hesab edirdim. "Barakaldo"da isə istədiyim qədər oynaya bilmirdim. Azərbaycanda isə ispan futbolçunun necə dəyər görməsini anladım. İnsanlar necə futbolçu olduğunu bilmədən, səni tanımadan sənə hörmət edirlər. "Barakaldo"da oynayarkən mövsüm sonunda mənə göndərilən təklif artıq stolumun üstündəydi. İyunun sonunda təyyarəyə əyləşdim və 8 saatlıq yol qət edərək Azərbaycana gəldim. Oradan isə qatarla 14 min əhalisi olan Qəbələyə yollandım. İqlimə öyrəşməyim və adaptasiya olmağım üçün mənə çox vaxtın lazım gəldiyini düşünürdüm. Amma Bakı yaşayış üçün əla şəhərdir. Burada ispan oyunçular da az deyil. Onlar mənə çox kömək oldu".

Ferreyra "Qəbələ"yə transfer olunmaqla irəliyə doğru addım atdığını düşündüyünü söyləyib: "Sequndada yarışan klublardan təklif almamışdım. Azərbaycana yollanmağım daha çox oynamağım baxımından mənim üçün yaxşı olacağını düşündüm. Azərbaycan Premyer Liqası peşəkar çempionatdır. Oyunları böyük stadionlarda oynayırıq. Yalnız bir sünii örtüklü stadion var. "Qəbələ"də oynamaq xoşuma gəlir. Komanda yoldaşlarımla birlikdə də özümü xoşbəxt hiss edirəm. Bakını Barselonaya bənzədirəm. Sadəcə bir məsələ var ki, burada hamı ingilis dilini bilmir. Daha çox Azərbaycan dili və ya rus dilində danışırlar. Ona görə də bura gələndən sonra öncə rus dilində öyrənməyə başlamışam".

İspaniyalı ilk dəfə avrokuboklarda çıxış etməsini də xatırlayıb: "Qəbələ"nin heyətində “Dinamo”(Tbilisi) klubuna qarşı oynadıq. Mənim üçün bu təcrübə olduqca vacib idi. Hər şey çox xoşuma gəldi və mən həmin səviyyədən çox uzaq olmadığımı gördüm".

Sonda isə yarımmüdafiəçi "Qəbələ"nin turnir cədvəlindəki mövqeyindən danışıb: "Mövsümə o qədər də uğurlu start vermədik. Çempionatın favoriti "Qarabağ"dır. Biz onlarla mübarizə aparmaq istəyirik. Yavaş-yavaş da güclənəcəyik. Mənim üçün Azərbaycan çempionatı daha güclü liqalara getmək üçün əsl tramplindir. İndi mən daha böyük perspektiv və imkanlar görürəm".

Digər Xəbərlər
Xəbər Lenti