"Niasse nə vaxt oynayacaq? - "Məşqlərə qoşulsun, qərar verəcəyik"

30 Oktyabr 2019 17:31 Qəbələ 1 269
"Niasse nə vaxt oynayacaq? -

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlama verib. O, komandanın köhnə-yeni transferi İbrahim Niasse haqda danışıb: "Niassenin gəlişini özüm rəhbərlikdən xahiş etmişəm. Məncə, komandamıza yeni güc qatacaq".

Hazırda maddi durumu istənilən səviyyədə olmayan "Qəbələ"nin seneqallı oyunçunu necə razı saldığı maraqlıdır:

"Niasse bizim təklifə müsbət yanaşdı. Biz də onun komandaya qoşulmasına razılıq verdik. Bu həftə debüt edəcəkmi? Məşqlərə qoşulsun, daha sonra qərar verəcəyik".

"Niassedən sonra başqa sabiq oyunçuların da geri dönüşü gözlənilirmi?" sualına isə baş məşqçinin cavabı bu cür olub:

"Hələ ki, Niassedən savayı başqa keçmiş oyunçularımızın dönüşü gündəmdə deyil".

Digər Xəbərlər
Xəbər Lenti