Məşhur futbolçunun qardaşı yenidən Azərbaycanda oynayacaq

30 Oktyabr 2019 12:40 Qəbələ 1 452
Məşhur futbolçunun qardaşı yenidən Azərbaycanda oynayacaq

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, əyalət təmsilçisi sabiq oyunçusu İbrahima Niasse ilə anlaşıb. Artıq ölkəmizdə olan seneqallı müdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq. 31 yaşlı futbolçu cari mövsümün sonuna kimi "qırmızı-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Azərbaycanda ilk olaraq "İnter"də (indiki "Keşlə") çıxış edən Niasse 2013-cü ildə "Qəbələ"yə transfer olub. Bölgə klubunda keçirdiyi bir mövsümdə 29 oyuna 1 qol vurub. 2014-cü ildə "qırmızı-qaralar"dan ayrılan Niasse daha sonra Rusiyada “Mordoviya”, Rumıniyada “Konkordiya”, Hindistanda “Delhi Dinamos”, Yunanıstanda “Levadiakos”da çıxış edib. Onun sonuncu klubu isə Mərakeş təmsilçisi “Raca Kasablanka” olub. Niasse "Everton"a məxsus olan, hazırda isə icarə əsasında "Kardiff Siti"də oynayan Omar Niassenin qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!