"Qəbələ"nin bir komandası "Qarabağ"ı uddu, biri uduzdu

30 Oktyabr 2019 00:35 Qəbələ 515
"Qəbələ"nin bir komandası "Qarabağ"ı uddu, biri uduzdu

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. Sportinfo.az xəbər verir ki, U-17 və U-15 “Qarabağ”la görüşüblər. Sonuncular 3:1 hesabı ilə qalib gəliblərsə, 17 yaşadək futbolçular məğlub olublar – 0:1.

Paytaxt zonasında mübarizə aparan U-14 İsgəndər Cavadov BFA üzərində qələbə qazanıb – 6:0. Digər komandalar isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvələrini sınayırlar.

U-13 UGİM-in (Ağdaş) qapısından 13 cavabsız qol keçirib. U-11 də eyni komanda ilə görüşüb və 12:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti