Elmar Baxşıyev: "Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü"

26 Oktyabr 2019 18:26 Qəbələ 510
Elmar Baxşıyev: "Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü"

Azərbaycan çempionatının 9-cu turunun ilk oyununda səfərdə “Keşlə”yə 1:2 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, o, öncə oyun haqda fikirlərini bildirib.

- Görüşün çətin keçəcəyini bilirdik. İki futbolçumuz cəzalı olduğu üçün meydanda yox idi. Heyətlə bağlı problemlərimiz vardı. Fasilədən sonra özümüzə bənzədik.

- İlk yarıda niyə özünüzə bənzəmirdiniz?
- Heyətlə bağlı idi. Fasilədən sonra müəyyən rotasiyalar etdik.

- Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi çəkməyinizin səbəbi nədir?
- İki oyundur belə çıxış edirik. İstəmədik müdafiənin mərkəzini dəyişək.

- Klesionu əvəzlədikdən sonra komandaniz daha yaxşı göründü. Oyuna Ülviylə başlasaydınız, daha effektiv olmazdı?
- Hərəsinin öz vəzifəsi var idi. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü.

- Hakimlərə tez-tez irad bildirirdiniz...
- Çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"