"Qəbələ" məşhur İspaniya klubunu Azərbaycana gətirə bilər

24 Oktyabr 2019 09:36 Qəbələ 638
"Qəbələ" məşhur İspaniya klubunu Azərbaycana gətirə bilər

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsindəki mümkün rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, I mərhələdə Kipr APOEL-i lə cavab oyununu keçirəcək “qırmızı-qaralar” bu turu adlasa, İspaniyadan “Saraqosa” ilə üz-üzə gələcək.

Növbəti mərhələdə “Qəbələ” – APOEL cütünün qalibi ilə qarşılaşacaq komanda Polşadakı matçda müəyyənləşib. Bu ölkənin “Korona” klubunu evdə 1:0 hesabı ilə məğlub edən “Saraqosa” cavab matçında da qalib gəlib. İspaniya təmsilçisi bugünkü səfər matçında 4:1 hesablı qələbə qazanıb.

II mərhələnin ilk oyunları noyabrın 6-da, cavab matçları 27-də keçiriləcək. “Saraqosa” ilk görüşün ev sahibi olacaq. Cavab oyunu “Qəbələ” – APOEL cütünün qalibinin meydanında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti