"Qarabağ" dağlar qoynunda "Qəbələ" ilə "1"ləşdi - FOTOLAR

20 Oktyabr 2019 00:28 Qəbələ 879
"Qarabağ" dağlar qoynunda "Qəbələ" ilə "1"ləşdi - FOTOLAR

Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. Sportinfo.az xəbər verir ki, VIII turun açılış matçında "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Qismət Alıyev açıb. Altı dəqiqə sonra isə İsmayıl İbrahimli bərabərlik qolunu vurub.

Qalan bölümdə qapılara qol vurulmayıb. Beləliklə, "Qarabağ" Premyer Liqada ilk dəfə xal itirib. Bununla belə, xallarını 22-yə çatdıran Ağdam komandası liderliyini qoruyur. Xallarını 6-ya çatdıran "Qəbələ" isə yenə 7-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti