"Qəbələ" üçün qorxulu…

19 Oktyabr 2019 09:00 Qəbələ 518
"Qəbələ" üçün qorxulu…

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə start veriləcək. Sportinfo.az xəbər verir ki, “Qəbələ” də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq.

“Qırmızı-qaralar” 8-ci turda “Qarabağ”la görüşəcək. Komanda çempionatın liderini Qəbələ şəhər stadionunda qəbul edəcək. Bu, iki komanda arasında 55-ci matç olacaq. İndiyədək 54 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 45, Azərbaycan kubokunda 9 duelə çıxıblar.

İndiyə qədər keçirilən oyunlarda 12 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 118 qolun vurulduğu matçlarda 47 dəfə rəqib qapısına yol tapan “Qəbələ” futbolçuları 71 top buraxıblar.

Premyer Liqa görüşlərində isə 10 dəfə üç xala sevinən “qırmızı-qaralar” 12 dəfə bərabərliklə kifayətlənib. 23 dəfə qələbə qazanan “Qarabağ” top fərqində də öndədi – 63:40.

27-ci dəfə ağdamlılarla evdə oynayacaq “Qəbələ” doğma divarlar arasında 8 dəfə qalib gəlib. 8 heç-heçə edən bu komanda 10 dəfə uduzub. Bu görüşlərdə 56 qol qeydə alınıb. Qonaqlar 29, meydan sahibləri 27 dəfə fərqlənib. Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçına saat 17:00-da start veriləcək.

2006/07 mövsümü

20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08 mövsümü

06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80

2008/09 mövsümü

20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10 mövsümü

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)

2010/11 mövsümü

25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75

2011/12 mövsümü

27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

2012/13 mövsümü

31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Dodo, 33 // Vüqar Nadirov, 56

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69, 77

2013/14 mövsümü

25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3

Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86

08.02.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Reynaldo Silva, 74

12.03.2014. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87

2014/15 mövsümü

17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.)

14.12.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23

28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Namiq Ələsgərov, 45 (ö.q.)

02.05.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)

2015/16 mövsümü

10.08.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Sergey Zenyov, 32, Samir Zərgərov, 87 // Riçard Almeyda, 62 (p.), 83

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Əfran İsmayılov, 79 // Ermin Zets, 4

19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Sergey Zenyov, 17 // Migel Madera, 9, Mahir Mədətov, 72

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Dani, 17, 32

2016/17 mövsümü

02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Filip Ozobiç, 11; Baqali Dabo, 14

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Sergey Zenyov, 30; Filip Ozobiç, 68

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

22.10.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Asif Məmmədov, 8

10.02.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

21.05.2018. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Dani Kintana, 22 (p.)

2018/19 mövsümü

23.09.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 4:1

Abdullah Zubir, 30, 73; Araz Abdullayev, 45+1; Con Delarj, 61 // Rasim Ramaldanov, 90

11.11.2018. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:3

Ceyms Adeniyi, 31 // İnnosent Emeqara, 47; Markos Madera, 65; Filip Ozobiç, 68

17.02.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Riçard Almeyda, 4 (p.); Filip Ozobiç, 30 // Cavid Hüseynov, 29 (p.)

07.04.2019. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2

Rauf Əliyev, 23 // Donald Qerye, 3; Araz Abdullayev, 83

23.04.2019. Azərbaycan Kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 1:0

Ceyms Adeniyi, 73

01.05.2019. Azərbaycan Kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Markos Madera, 37; Dani Kintana, 58 // Davit Volkov, 82

2019/20 mövsümü

25.08.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0

Riçard Almeyda, 62 (p.); Maqaye Qeye, 63; Abdullah Zubir, 80

Digər Xəbərlər
Xəbər Lenti