“Qəbələ” onu atıb gedənləri peşman edir - FOTOLAR

13 Oktyabr 2019 10:24 Qəbələ 787
“Qəbələ” onu atıb gedənləri peşman edir - FOTOLAR

“Qəbələ” yoxlama oyunu keçirib. Sportinfo.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirən “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib.

Matç Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Tərlan Əhmədli, İviça Zuniç, Sadiq Quliyev, Qismət Alıyev, Yusif Nəbiyev, Asif Məmmədov, Fernan Lopez, Klesio Bauk, Ülvi İsgəndərov, Kristian Kuaku, Roman Hüseynov.

Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısı qolsuz başa çatıb. Fasilədən sonra Merab Qiqauri, Davit Volkov və Murad Musayev oyuna daxil olub. Məhsuldar keçən ikinci hissənin əvvəlində Klesio Bauk hesabı açıb. Az keçməmiş mozambikli yarımmüdafiəçi rəqib qapısına daha bir dəfə yol tapıb.

“Zirə” bu toplardan birinin əvəzini çıxa bilib. Baxşıyev matçın sonlarında daha iki futbolçu – Vüsal Məsimovla Rüstəm Nuruyevə də şans verib. Maraqlıdır ki, bu, “Qəbələ”ni “Zirə”yə dəyişən Zaur Həşimovun ilk məğlubiyyəti kimi tarixə keçib.

“Qəbələ” – “Zirə” 2:1

Qollar: Klesio Bauk (2) // Soni Norde

Digər Xəbərlər
Xəbər Lenti