"Təəssüf ki, bu cür alındı" - "Qəbələ"nin legioneri

12 Oktyabr 2019 23:30 Qəbələ 589
"Təəssüf ki, bu cür alındı" -

"Yoxlama görüşü olsa da, yaxşı oyun alındı. Sadəcə güclü külək olduğundan oynamaq çətin idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İvitsa Zuniç deyib.

Yoxlama matçında “Zirə” ilə qarşılaşan “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Əyalət klubunun legioneri oyun haqqında danışarkən komanda yoldaşı Rasim Ramaldanovun yoxluğunu qeyd edib: "Yoxlama görüşü olsa da, istənilən halda qalib gəlmək yaxşıdır. Bu, özünəinamı və əhval-ruhiyyəni daha da yaxşılaşdırır.

Yaranan fasilədən yaxşı istifadə etmək istəyirik. Qarşıdakı tura hazırlaşırıq. Rasim Ramaldanovun da tez bir zamanda ayağa qalxmasını arzulayıram. Təəssüf ki, bu cür alındı. Təbii ki, onun olmaması itkidir".

Digər Xəbərlər
Xəbər Lenti