"3 ildir əzab-əziyyət çəkirəm, mən də uşaqlarımı fikirləşirəm"

12 Oktyabr 2019 10:52 Qəbələ 1 078
"3 ildir əzab-əziyyət çəkirəm, mən də uşaqlarımı fikirləşirəm"

Dünən xəbər verdiyimiz kimi, Azər Bağırov "Turan-Tovuz"un baş məşqçi postundan istefa verib. O, bundan sonra "Qəbələ"də çalışacaq.

"Pro" kateqoriyalı çalışdırıcı əyalət klubunda Elmar Baxşıyevin köməkçisi kimi fəaliyyət göstərəcək. Ötən mövsüm MOİK-i I Divizionun çempionu edən mütəxəssis yeni iş yerində "Zirə"yə yollanan Zaur Həşimovu əvəzləyib.

Bağırov seçimiylə bağlı Sportinfo.az-a danışıb: "Sözün açığı, hələ tam rəsmi olaraq "Turan"dan ayrılmamışam. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə görüşüb danışmışam.

İndi mən onlardan cavab gözləyirəm. Belə deyim də, halallaşmaq istəyirəm. Elmar Baxşıyevlə vaxtilə "Neftçi"də bir yerdə işləmişik. Mən də istəyirəm ki, özümü Premyer Liqada yoxlayım. Bir sözlə, fikrim işləməkdir. Görək, necə olur.

Vallah, 3 ildir əziyyət çəkirəm. Sözün əsl mənasında Divizionda işləmək zülmdür. Hər şeyə rəğmən, bir tək işləmək istədiyimə görə Divizionda qalmışdım. İndiyədək Premyer Liqadan mənə heç bir təklif gəlmirdi. Vəziyyəti məndən də yaxşı bilirsiz.

"Qəbələ"dən təklif gəldi, mən də istəyirəm ki, həm Elmara kömək edim, həm də işləyim. Yəqin ki, "Turan" rəhbərliyi də məni başa düşəcək. Onlarla münasibəti korlamaq istəmirəm. Fikrim buradan yaxşı ayrılmaqdır.

Ola bilər ki, indi çətin vəziyyətdə qoyub gedirəm onları. Amma məni də başa düşsünlər gərək. Çünki çox əziyyət çəkmişəm. Günü bu gün də əzab-əziyyət içindəyəm. Divizionda işləmək necə ağırdır, bunu hamı yaxşı bilir.

Ailəm, 3 uşağım var. Onları düşünmək borcumdur. Axı nə qədər kənarda qalmaq, əzab çəkmək olar? "Qəbələ"də hər şey yaxşıdır. İnşallah, qışdan sonra daha da yaxşı olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı