"Qəbələ"də ciddi məşqçi çatışmazlığı var" - Zaur Əzizov

9 Oktyabr 2019 17:06 Qəbələ 834
"Qəbələ"də ciddi məşqçi çatışmazlığı var" - Zaur Əzizov

Xəbər verdiyimiz kimi, "Qəbələ"nin məşqçisi Zaur Həşimov "Zirə"nin çalışdırıcısı təyin olunub. Maraqlıdır ki, "Qəbələ"də buna qədər oyunların protokolunda adı baş məşqçi kimi göstərilən mütəxəssisi kiminlə əvəzləyəcək?

Suala cavab tapmaq üçün "Qəbələ"nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Kub rəsmisi Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Bu dəqiqə hər hansı təyinat etmək imkanımız və belə bir məcburiyyətimiz yoxdur. Zaur Həşimov yeni gedib. O demək deyil ki, qısa zamanda kiminsə adını açıqlamalıyıq. Ancaq yaxın günlərdə bu məsələyə mütləq qayıdacağıq. Tək lisenziya məsələsinə görə demirəm. Komandada ciddi məşqçi çatışmazlığı var. Yəqin ki, bu yöndə müəyyən addım atılacaq".

Qeyd edək ki, "Qəbələ"nin həm bundan əvvəlki məşqçisi Sənan Qurbanov, həm də hazırkı çalışdırıcısı Elmar Baxşıyevin Pro kateqoriyası olmadığından, baş məşqçi kimi oyunların protokolunda məhz Həşimov qeyd olunurdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"