"Qəbələ"nin futbolçusu Kiyevdə əməliyyat olunacaq

7 Oktyabr 2019 16:30 Qəbələ 787
"Qəbələ"nin futbolçusu Kiyevdə əməliyyat olunacaq

"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun zədəsi ciddidir.

Sportinfo.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, futbolçu sabah Ukraynanın paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.

Xatırladaq ki, Ramaldanov Azərbaycan Premyer Liqasının VI turunun "Neftçi" ilə oyununda (0:3) zədələnib. Onun dizinin çarpaz bağları qopub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!