Asif Məmmədov: "33 yaşım olsa da, özümü qoca saymıram"

6 Oktyabr 2019 20:46 Qəbələ 521
Asif Məmmədov: "33 yaşım olsa da, özümü qoca saymıram"

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az saytına müsahibə verib. Təcrübəli yarımmüdafiəçi əvvəlcə "Zirə" ilə oyun (1:1) haqqında danışıb:

- Oyuna istədiyimiz kimi başladıq. Məncə, pis oynamadıq. 3 xal da qazana bilərdik. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. "Zirə" güclü komandadır. Səfərdən 1 xalla qayıtmaq, bizim üçün yaxşı nəticədir.

- Komandanın ən yaşlı futbolçularından olsan da, bu gün meydanda ən çox qaçan, hərəkət edən sən idin.

- Bu suala mənim cavab verməyim doğru olmaz. 33 yaşım olsa da, özümü qoca saymıram. Hələ 1-2 il də oynaya bilərəm. Məşqlərdə də əlimdən gələni edirəm. Bilirəm elə yaşdayam ki, nəyisə düz etməsəm, çətinlik çəkəcəm. Ona görə də məşqlərdə iki qat işləyirəm ki, oyunlarda mənim üçün çətin olmasın.

- "Qəbələ"nin ən yaxşı vaxtlarında, Avropa Liqasının qrupunda oynayanda da bu komandada idin, indi də. Bu gün "Zirə" ilə görüşdə 1 xala sevinirdiz. Ümumiyyətlə, bu necə hissdir?

- Komandamızın özəyini gənclər təşkil eir. Həm də səfərdə 1 xal qazanmışıq. "Zirə" kifayət qədər transferlər edib, gücləniblər. Bundan əvvəlki oyunlarda uduzmuşduq. Fasiləyə məğlub getmək istəmirdik. Uduzsaydıq, 15 gün bir az gərginlik olacaqdı. İstər-istəməz, ruh düşkünlüyü yarana bilərdi. Amma 1 xal da yaxşıdır ki, özümüzə inamımız bir az da artdı.

- Birinci dövrə tamamlandı. Hələlik sonuncu pillədəsiz. Millinin oyunu ilə əlaqədar yaranacaq 15 günlük fasilə sizin xeyrinizə olacaqmı?

- Ümid edirik ki, xeyrimizə olar. Məşqçimiz də yenidir. Hər məşqçinin öz planları, taktikası olur. Bəlkə də Elmar Baxşıyevin vaxtı az olub. Məşqçimiz üçün də, bizim üçün də 15 günlük fasilə yaxşı olar ki, daha da çalışıb artırardıq. Qarşıdakı 7 oyunu daha yaxşı keçirməliyik ki, qış fasiləsinə turnir cədvəlində vəziyyətimizi bir az yaxşılaşdıraq.

Digər Xəbərlər
Xəbər Lenti