Elmar Baxşıyev: "Volkov imkanları dəyərləndirə bilmir"

6 Oktyabr 2019 20:20 Qəbələ 601
Elmar Baxşıyev: "Volkov imkanları dəyərləndirə bilmir"

"Zirə" - "Qəbələ" matçından sonra əyalət klubunun baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib:

- Oyun planlaşdırdığımız kimi keçdi. Ötən turda "Neftçi"yə 0:3 hesablı məğlubiyyətdən sonra komandanı psixoloji baxımdan hazırlamaq bir qədər çətin olsa da, məncə, elə bir problemimiz olmadı. “Zirə” də əlbəttə, güclü komandadır.

- Sizcə, nəticə oyuna görə oldumu?

- Komandamın oyunundan razı qaldım. Futbolçuların əzmkar oynamağını istəyirdim, bunu da meydanda gördük. Oyundan-oyuna artım hiss olunur. Yavaş-yavaş komandada istədiklərimizi görürük. Məncə, hesab oyuna görə oldu. Hər iki komandanın qol imkanları var idi.

- Rasim Ramaldanovun vəziyyəti necədir? Nə vaxt yaşıl meydanlara qayıdacaq?
- Rasim əməliyyat olunub. 4-5 ay futboldan uzaq qalacaq.

- Rasimin yoxluğunda müdafiənin mərkəzində Amin Seydiyev çıxış etdi. Belə çıxır ki, qarşıdalı oyunlarda da Seydiyevi bu mövqedə görəcəyik?
- Kimisə fərqləndirmək istəmirəm. Bizim üçün əsas olan komandaır. Tək Amin yox, digər futbolçular da onun mövqeyində oynaya bilər. Bütün oyunçularımıza inanırıq?

- David Volkovun oyununu necə dəyərləndirirsiz?
- Ona iradımız yoxdu. Sadəcə, imkanları dəyərləndirə bilmir. Gələcək oyunlarda yaxşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti