"Qəbələ"dən 11 qolluq "pay"

6 Oktyabr 2019 09:42 Qəbələ 473
"Qəbələ"dən 11 qolluq "pay"

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

Sportinfo.az xəbər verir ki, U-17 səfərdə “Keşlə”yə uduzub – 0:3. “Sabah”ı qəbul edən U-16 bir qolla qələbə qazanıb. “İsgəndər Cavadov BFA”nın qonağı olan U-15 komandamız iki cavabsız top keçirib.

Paytaxt zonasında mübarizə aparan U-14 də turu qələbə ilə başa vurub. Futbolçularımız “Neftçi İK İB”dən üstün olublar - 1:0. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 isə böyük hesabla qalib gəlib. Komandamız UGİM-i (Oğuz) 7:1 hesabı ilə yenib.

U-12, U-11 və U-10 Liqalarının eyni zonasında isə iki təmsilçimiz qüvvəsini sınayır. U-12 Liqada UGİM Mingəçevir UGİM-inə 3:1, “Qəbələ” UGİM “Rabitəçi”yə (Yevlax) 9:0 hesabı ilə qalib gəlib. U-11 Liqasındakı qələbələr daha böyük hesabla olub.

“Qəbələ” UGİM-i (Oğuz) 11:1, UGİM isə UGİM-i (İsmayıllı) 8:0 hesabı ilə məğlub edib. U-10 Liqasında UGİM Mingəçevir UGİM-inə uduzub - 0:2. UGİM “Rabitəçi”ni (Yevlax) sınağa çəkən “Qəbələ” 5:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!