"Qəbələ" növbəti mərhələyə ümid verdi - FOTOREPORTAJ

3 Oktyabr 2019 09:14 Qəbələ 425
"Qəbələ" növbəti mərhələyə ümid verdi - FOTOREPORTAJ

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, komandamız Çempionlar yolunun I mərhələsində ilk oyununu keçirib. 2018/19 mövsümündə Azərbaycan Gənclər Liqasının çempionu olan “qırmızı-qaralar” Kipr təmsilçisi APOEL-lə qarşılaşıb.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda ilk görüşü Nikosiyada keçirib. Matça fəal başlayan komandamız artıq 9-cu dəqiqədə erkən qol vurub.

“Qırmızı-qaralar”ın hücumu rəqib futbolçu Satsiasın avtoqolu ilə nəticələnib. Qarşılıqlı hücumlarla keçən matçda hər iki komanda qol imkanları qazansa da, hesab yalnız fasilədən sonra dəyişib. Meydan sahibləri 48-ci dəqiqədə bərabərlik qoluna imza atıblar.

Buraxılan qoldan sonra “Qəbələ” yenidən önə keçməyə çalışsa da, hesab dəyişməyib. Beləliklə, Nikosiyada keçirilən APOEL – “Qəbələ” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab oyunu oktyabrın 24-də keçiriləcək.

APOEL (Kipr) – “Qəbələ” 1:1

Nikosiya. “Makarion” stadionu

Baş hakim: Furkat Atacanov

Baş hakimin köməkçiləri: Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan)

UEFA nümayəndəsi: Vasko Doyçinovski (Şimali Makedoniya)

Hakim-inspektor: Xristos Nikolaidis (Kipr)

Sarı vərəqələr: Veysəl Rzayev, 22, Təbriz İsazadə, 70, İdris İnqilablı, 73

Qollar: Qavriel, 48 – Satsias, 9 (avtoqol)

Artırılan vaxt: 1-ci hissəyə 0, 2-ci hissəyə 7 dəqiqə artırılıb.

APOEL

1. Teodoridis Georgios

2. Giorgios Pitsilidis

3. Konstantinos Vrontis

4. Marios Kazakeos (k)

8. Giannis Satsias

(20. Nikolas Neokleous, 86)

9. İoannis Haciyiannis

(12. Andreas İoannou, 86)

10. Nikolas Demetriou

(15. Nikolaos Poçuzouris, 46)

11. Stavros Qavriel

(6. Arsenios Dimitriou, 66)

17. Miltiadis Hacipanayiotu

21. Giorgos Teodosiu

23. Lukas Kalaqirou

(19. Paraskevas Orfanidis, 69)

Ehtiyat oyunçular:

18. Stelios Karapatakis

5. Giorgios Papatanasiou

Baş məşqçi: Evangelos Samios

"Qəbələ"

1. Müşviq Nadirov

2. Rüstəm Nuruyev (k)

(15. Nemət Şıxəmirov, 79)

3. Rüfət Əhmədov

(13. Nicat Əliyev, 18)

4. Vüsal Məsimov

5. İdris İnqilablı

7. Nicat Oruclu

(18. Emil Səfərov, 80)

8. Veysəl Rzayev

9. Əli Mürsəlov

10. Təbriz İsazadə

14. Xəyal Muradov

17. Məhəmməd Məhərrəmov

(16. Rauf Məhərrəmov, 59)

Ehtiyat oyunçular

12. Əmrah Məmmədli

6. Fərid İsgəndərov

11. Samir Məhərrəmli

Baş məşqçi: Famil Xəlilov.

Digər Xəbərlər
Xəbər Lenti