Ötən mövsümün sonunda maliyyə dayağı zəifləyən "Qəbələ"nin fəaliyyətini dayandırmayacağı dəqiqləşib.
Bu barədə Sportinfo.az maraqlı məlumatlar əldə edib. İnformasiyaya görə, AFFA-nın əyalət klubuna sponsor tapmaq məsələsi reallaşmaq üzrədir.
Bu işlə şəxsən federasiya prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezident Elşad Nəsirov məşğuldur. Onlar böyük şirkətlərdən birini kluba cəlb etməyə çalışırlar və bu yöndə xəbərlər müsbət nəticə vermək üzrədir.
Artıq 2 gündür tərəflər arasında müzakirələr davam edir. AFFA-dan təklif ediblər ki, "Qəbələ"də Müşahidə Şurası yaradılsın və öz adamlarından biri orada təmsil olunsun. Maliyyə məsələsinə nəzarət etmək üçün.
"Qəbələ" tam olaraq AFFA-nın nəzarəti altına keçməyəcək. Sadəcə federasiya "Sabah" kimi "Qəbələ"yə də müəyyən vəsait ayıracaq. Məsələnin qış fasiləsindən sonra rəsmiləşəcəyi gözlənilir.

